“Məhsul” və “Azəryol” ölkə kubokunu qazanıb

Həndbol üzrə ölkə kubokunda finallar oynanılıb. Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində “Məhsul” və “Bakı” qarşılaşıblar. Bu görüş maraqlı və gərgin keçib.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən, tərəflər 7-mertlik cərimə zərbələri vurublar. Bu göstəricidə “Məhsul” sərras olub – 2:0

Qadınların rəqabətində “Azəryol” sevinib. Georgi Voronovun komandası son ölkə çempionunu və yarış cədvəlinin lideri “Azərsu”nu 29:20 üstələyib.

Həmin kateqoriyadan