Məmmədəli Mehdiyev: İlk görüşdən sonra çox yoruldum

“İlk görüş rus idmançısına qarşı oldu. İki ay əvvəl Bakıdakı “Böyük Dəbilqə” yarışında ona uduzmuşdum. Rio-de-Janeyroya gəlməkdə məqsəd qələbə qazanmaq idi”. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman nazirliinin mətbuat xidmətinə açıqlamasında Rio-2016-da çıxışını başa vuran azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev deyib.
Görüşlərin ağır keçdiyini bildirən tatami ustası, yorulduğunu bildirib:
“Düzü, ilk görüşdə  Bakı-2015-ninn qalibi və qitə çempionu, rusiyalı Kirill Denisovdan sonra çox yoruldum. Həmin görüş “qızıl xal”a qədər davam etdi. Ondan sonra  braziliyalı Tyaqo Kamillo ilə üz-üzə gəldim. Braziliyalı idmançı məni o qədər də yormamışdı. Aradakı vaxt doqquz dəqiqə idi. Koreyalı Donqhan Qvakla görüşdə isə vaxt çox az idi və istirahətə imkan olmamışdı”.
İdmançı zədəsinin olduğunu da açıqlayıb: “Meksikada yarışanda da zədə vardı. Belimdə problem yaranmışdı. Bundan sonra məşq etmirdim, yüngül hərəkətlərlə kifayətlənirdim. Almaniyada toplanışda olanda da sonadək məşq edə bilmədim. Braziluyaya gəldikdən sonra burada daha güclü məşq edirdik. İndi vəziyyətim normaldır. Bakıya qayıtdıqdan sonra müalicəmi davam etdirəcəm”.
Qeyd edək ki, 90 kq-da çıxış edən Məmmədəli Mehdiyev Rio-2016-da 7-ci yer tutub.

 

Həmin kateqoriyadan