“Azərbaycan və Ukrayna yığmalarında böyük yarışlarda uğurla çıxış edən taekvondoçular var”

Gənc taekvondoçularımız Ukraynanın Xarkov şəhərində hazırlaşır. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Məmməd Abdullayev toplanışı yerli həmkarlarımıza belə dəyərləndirib: “Təlim-məşqdə iştirak etməkdən məmnunuq və düşünürəm ki, iştirak edən digər komandalara da fayda gətirəcəkdir. Ukrayna komandası ilə uzun müddətdir dostuq münasibətimiz var. Hər il burada açıq kuboka qatılırıq, yaxşı məşqçiləriniz var və bizi hər zaman isti qarşılayırlar.

Ukrayna və Azərbaycan yığmalarında Avropa və dünya birinciliyində uğurla mübarizə aparan yaxşı idmançılar var. İdmançılar təcrübə qazanmaq üçün digər ölkələrin rəqibləri ilə işləməlidirlər. Bu onlar üçün çox faydalıdır. Komandamızda Avropa çempionu, dünya mükafatçısı var. Ukrayna komandasında da idmançılarımızın yarışlarda qarşılaşdıqları çempionlar var. Qarşımızda gənclər arasında Avropa birinciliyi var və düşünürəm ki, birgə təlim-məşqlər qızıl medal qazanmağımıza kömək edəcək “.

Xatırladaq ki, 20 avqustda startı verilmiş məşqlərdə Ukrayna və Azərbaycan millisindən başqa Latviya, Çex Respublikası, Estoniya komandaları da iştirak edirlər. Məşqlərə avqustun 30-da yekun vurulacaq.

Həmin kateqoriyadan