Əsgərxan Novruzovdan növbəti məşqçi sözü: Turan Bayramov olimpiya oyunlarında 1-ci yer tutdu

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında medal sorağı yenə güləşçilərdən gəlib. Allsport.az saytı xəbər verir ki,  “A” qrupunda Yeni Zelandiya və Pakistan təmsilçilərinə qalib gələn Turan Bayramov (65 kq) finala adlayıb.

Həlledici tutaşmada “B”-nin finalçısı iranlı Məhəmməd Baqi Kərimiseyfabadı da üstələyən bahadırımız baş mükafata yiyələnib. Qeyd edək ki, Turan Bayramov son dünya və Avropa birinciliklərinin qızıl mükafatçısıdır.

Həmin kateqoriyadan