Məşqçilər Komitəsi milli komandaların baş məşqçiləri ilə görüşdü

AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsi ilə birgə aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri ilə görüş keçirib. Allsport.az xəbər verir ki, görüşdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib.

Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub. Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədilə Robert Prosineçkinin və Məşqçilər Komitəsinin yaxın günlərdə Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə görüşünün keçirilməsi qərara alınıb.

Həmin kateqoriyadan