“Məşqçilər üçün peşəkarlıq təlimləri”nə son

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri” başa çatıb. Allsport.az saytı xəbər verir ki, beynəlxalq mütəxəssislər tərəfindən “Boz ev”də keçirilən təlimlərdə ümumilikdə Bakı üzrə 179 məşqçi iştirak edib. 

Tədbirdə UNİCEF-in ölkəmizdə nümayəndəsi Edvard Carvardine və UNİCEF-in gənclər və gənclərin proqramlarının inkişafı üzrə eksperti Natiq Ömərov da iştirak edib.

Xatırladaq ki, Bakı və 7 müxtəlif regiondan 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran olimpiya idman kompleksində keçirilib.

Həmin kateqoriyadan