Macarıstan səfəri öncəsi Makedoniyada

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək “ay-ulduzlular”ımızın baş məşqçisi Nikolay Adam yarışa 21 futbolçu ilə cəlb edi. Futbolçularımız turnir öncəsi noyabrın 3-dən-5-dək Makedoniya paytaxtı Skopyedə təlim-məşq toplanışında olacaq. Seçməmiz hazırlığın son günü bu ölkənin U-19 yığması ilə qarşılaşacaq.

Noyabrın 6-dan-15-dək Macarıstan paytaxtı Budapeştdə təlim-məşq toplanışı keçirəcək heyətdə ölkə xaricində çıxış edən 3 oyunçu da yer alıb: Ağaseyid Qasımov (“Qarabağ”), Nurlan Quluzadə, Fəhmin Muradbəyli, Mirkamil Həşimli (hamısı – “Neftçi”), Təyyar Məmmədov, Mahir Mədətov, Renat Ağaverdiyev, Yusup Xakimov, Əfsər Məmmədov (“Bakı”), Emin Zamanov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev (“Qəbələ”), İlyas Səfərzadə, Elnur Cəfərov (“Xəzər Lənkəran”), Budaq Nəsirov (“Araz-Naxçıvan”), Fərid Kərimzadə (“Sumqayıt”), Elnur Süleymanov, Mənsur Nahavəndi (“İnter”), Vadim Ağarəhimov  (“Zenit”, Rusiya), Benhur Kama (“Hannover”, Almaniya), Tolqa Şahin (“Kayzerslautern, Almaniya).

Azərbaycan millisi seçmə oyunlarında noyabrın 10-da Macarıstan, 12-də Slovakiya, 15-də Sloveniya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan