Hunlarla görüşün hakimləri

Macarıstan – Azərbaycan oyunu üçün təyinatlar açıqlanıb.

Allsport.az xəbər verir ki, matçın baş hakimi Niderland futbol federasiyasından Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-ü Budapeştdəki “Groupama Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan