Madridə, “Dostluq üçün futbol”a

“Dostluq üçün futbol” sosial layihəsində iştirak edəcək “Sabah”ın üzvləri bu gün səhər saatlarında İspaniyanın paytaxtına yola düşüblər.

Allsport.az saytı xəbər verir ki, Madriddə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.

Bundan əlavə, Azərbaycandan bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq. “Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri həmkarımız Rüstəm Əzimovdur.

Həmin kateqoriyadan