Mahir Əmiraslanov: Axırıncı yox, axarıncı olsun, bayrağımız daim yüksəkdə dalğalansın

Rumıniya paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanan Mahir Əmiraslanov (57 kq), Avropa oyunlarında nəticəsini daha yaxşılaşdırdı, qızıl medala yetişdi. Gənc sərbəst güləşçi sevincini Minskə ezam olunmuş jurnalistlərlə bölüşdü:

“Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacağam. Federasiya rəhbərliyinə – Namiq Əliyevə, Firdovsi Umudova və şəxsi məşqçim Əsgərxan Novruzova təşəkkürümü bildirirəm. Vitse-prezidentimizin üzərimdə çox böyük əziyyəti olub.

Zəhməti olan hər bir şəxsə minnətdaram. Bu, Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm. Axırıncı yox, axarıncı olsun, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra daim bayrağımızı ucaldım”.

Kamran HACI, Minsk

Həmin kateqoriyadan