Mahir Əmirsalanov finalda!

Minsk idman sarayında güləşçilər mübarizəyə başladılar.

Allsport.az saytı xəbər verir ki, bu gün xalçaya çıxan 4 bahadırımızdan 1-si finala çıxdı. 57 kq-da Mahir Əmirsalanov 1/2 finalda rusiyalı dünya çempionu Zaur Uquyevi 3:2 üstələdi.

Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) final fürsətini qaçırdılar, sabah 3-cü yer üçün güləşəcəklər. Hacımurad Hacıyev (74 kq) təsəlliverici görüşə çıxacaq.

Həmin kateqoriyadan