Mahir Mədətov turun ən yaxşı oyunçusu seçilib

Topaz premyer liqasının cari mövsümünün 13-cü turunun ən yaxşı futbolçusu məlum olub. Allsport.az saytı xəbər verir ki, bu, “Qarabağ”ın oyunçusu Mahir Mədətovdur.

“Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan millinin üzvü het-triklə yadda qalıb. “Qarabağ” son turda keçirilən oyunda “qırmızılar”ı 5:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan