Mahir Şükürov heyətə sabah qatılacaq

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan millisinin noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir.

Allsport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.

“Qarabağ”ın oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.

Azərbaycan – Norveç oyunu saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan