Mahir Şükürov “Karşıyaka” ilə yollarını ayırıb, Bakıya qayıtdı

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov artıq Türkiyənin “Karşıyaka” klubunun futbolçusu hesab olunmur. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu birtərəfli qaydada müqaviləyə xitam verərək, Bakıya qayıdıb.

Buna səbəb futbolçunun əvəzedici komandaya göndərilməsindən narazı qalması göstərilir. 32 yaşlı müdafiəçi əvəzedici komandaya baş məşqçi Ayhan Akman tərəfindən göndərilmişdi. Türkiyəli mütəxəssis Mahirin yığmamızın düşərgəsindən gec qayıtmasından narazı qalmışdı.

Şükürov isə bu gecikməsinin səbəbini pasportunda yaranan problemlə əlaqələndirmişdi. Gəl ki, rəhbərlik və məşqçilər korpusu onun bu faktlarını gecikmək üçün yetərli səbəb olmadığını dilə gətirmiş və onu əsas komandadan uzaqlaşdırmışdı.

Mahir Şükürov bu mövsüm “Karşıyaka”da 19 oyun keçirmiş, iki qol vurmuşdu.

Həmin kateqoriyadan