Mahir Şükürov “Karşıyaka”nın ilk məşqində iştirak etmədi

Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi Türkiyənin “Karşıyaka” klubu ötən gündən qış təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, həmyerlimiz komandanın ilk məşqində iştirak etməyib.

Türkiyə mətbuatının yazdığına görə, futbolçumuzun məşqə qatılmama səbəbi klubdan icazə almasıdır. Lakin onun nə vaxt komandaya qoşulacağı açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi hazırda 25 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan