Mahir Şükürov “Qarşıyaxa”nın xilaskarı oldu

Türkiyənin “Qarşıyaxa” klubu PTT 1-ci Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı lider “Kayserispor”la oyun öncəsi problemlə üzləşib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun formasını geydiyi bu komanda mərkəz müdafiəçilərinin zədəli və cəzalı duruma düşməsi səbəbindən qarşıdakı oyunda meydana çıxarmağa oyunçu tapa bilmir.

Bu üzdən də baş məşqçi Yusuf Şimşək fərqli qərarlar qəbul etmək məcburiyyətində qalıb. Belə ki, o, bir neçə futbolçunu sınaqdan keçirdikdən sonra seçimini Mahir üzərində edib.

Şükürov “Kayserispor”la qarşılaşmada mərkəz müdafiəçisi mövqeyində çıxış edəcək. Qeyd edək ki, “Qarşıyaxa” – “Kayserispor” matçı yanvarın 4-də keçiriləcək.

Həmin kateqoriyadan