Şükürov oynadı, komandası 1 qolla qalib gəldi

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Bucaspor”la qarşılaşıb. Oyun 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Şükürov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Karşıyaka” hazırda 14 xalla 6-cı yerdə gedir.

Həmin kateqoriyadan