Makedoniya seçməsi Azərbaycanla oyunda Fərxan Hasanidən istifadə edə bilməyəcək

Azərbaycanla yoxlama oyunu öncəsi Makedoniya millisinin heyətində  dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, “Şkendiya”da çıxış edən yarımmüdafiəçi Fərxan Hasani heyətdən çıxarılıb.

Buna onun zədədən əziyyət çəkməsi səbəb olub. Baş məşqçi İqor Angelovski futbolçu ilə bağlı riskə əl atmamağa qərar verib. Makedoniya – Azərbaycan matçı mayın 29-da Avstriyada baş tutacaq.

Həmin kateqoriyadan