Maksim Medvedev sıraya dönüb

“Qarabağ” birgünlük istirahətdən sonra, çempionlar liqasında İrlandiyanın “Dandalk” klubuna qarşı cavab görüşünün hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, artıq zədəli Maksim Medvedev də məşqlərə qoşulub.

Amma onun meydana çıxıb-çıxmayacağı bilinmir. Ağdam təmsilçisi rəqiblə iyulun 31-də “Dalğa arena”da qarşılaşacaq. Səfərdə ilk oyun 1:1 bitib.

Həmin kateqoriyadan