Malta yığmasının baş məşqçisi: Uzun müddətdən sonra oyun fəlsəfəmizi dəyişmişik

Millətlər liqasının 4-cü turunda Malta yığması səfərdə bizimkilərlə sülh bağladı. Allsport.az saytı xəbər verir ki, 1:1 hesanı ilə bitən oyundan sonra rəqib komandanın baş məşqçisi Raymond Farrugia bunu söylədi:
“Komandam yaxşı çıxış etdi. Rəqib meydanında həm qol vurduq, həm də xal qazandıq. Üstəlik, uzaq səfərdən gəldiyimizi də unutmamalıyıq.
Heyətimiz gənclərdən qurulub, ancaq təcrübəli futbolçuların xidmətindən də faydalanırıq. Uzun müddətdən sonra oyun fəlsəfəmizi dəyişmişik. Azərbaycan millisi haqda da xoş sözlər demək istərdim. Onlara qarşı çox yaxşı oynadıq. Rəqibimiz fantastik komandadır.
Nəticə bizim üçün ürəkaçan oldu. Amma futbolçularımı qazandıqları 1 xaldan çox, göstərdikləri xarakterə görə təbrik edirəm”.

Həmin kateqoriyadan