Malta komandamızı son pillədə yalqız qoydu

Milli komandamızın yer aldığı seçmə qrupda malta millisi səfərdə bolqarıstandan xal qopararaq, son pillədə millimizi 0 xalla tək qoydu.

“Allsport.az” xəbər verir ki. erkən qol buraxan maltalılar ikinci hissənin əvvəlində fəallıq edərək, penalti qazandılar və zərbəni dəqiq vurmaqla hesabı bərabərləşdirdilər. 76-cı dəqiqədə bolqarlar penalti vurmaq hüququ əldə etsələr də, Popov 11-metrlik nöqtədən bu fürsəti fövtə verib.

Son dəqiqələrdə ev sahiblərinin hücumlarının qarşısına sinə gərən maltalılar ilk xalı əldə etməklə komandamızı son pillədə yalqız qoydular.

Həmin kateqoriyadan