“Mançester Yunayted”in məşqçisi “Neftçi”də

“Neftçi”də yeni təyinat olub. Allsport.az saytı xəbər verir ki, 55 yaşlı Mik Benet akademiyasının direktoru təyin edilib. Onunla 1-illik müqavilə imzalanıb. İngiltərəli mütəxəssis 1979-1994-cü illərdə vətənində “Bolton Uonderers”, “Vulverhempton Uonderers”, “Kembric Yunayted”, “Preston Nort End”, “Karlayl Yunayted” və Finlandiyanın “Koparit” klublarında çıxış edib.

Məşqçi kimi İngiltərənin “Bolton Uonderers” U-12 – U18 (1999-2010), “Yovil Taun”un akademiyası (2010-2011), “Uiqan Atletik” U-16 (2011-2012), “Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və “Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Həmin kateqoriyadan