“Maqnus Karlsenlə görüşdə heç-heçə normal nəticədir”

“Shamkir Chess-2018” superturnirinin ilk turunda Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, partiyadan sonra həmyerlimiz mətbuat konfransında oyun haqqında danışıb:

“Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir”.

Həmin kateqoriyadan