“Maqnus Karlsenlə oyunun keyfiyyətindən razı qalmadım”

“Rəqibin diqqətli oynaması qələbəni mümkünsüz etdi. Oyunun gedişatında heç bir perspektiv görünmürdü”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin 5-ci turunda dünya çempionu Maqnus Karlsenlə oyundan sonra mətbuat konfransında Şəhriyar Məmmədyarov deyib.

O, Maqnus Karlsenlə nəticədən razı qalmadığını etiraf edib. Onun fikrincə, partiya istədiyi kimi bitməyib: “Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Səhvlər üzərində işləmək lazımdır”.

Həmin kateqoriyadan