“Marallar” uduzdu, millimizin müdafiəçisi 90 dəqiqə oynadı

Ukrayna premyer-liqasının 18-ci turunda Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” səfərdə “Vorskla” ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu oyunda 1:3 məğlub olub.

Millimizin müdafiəçisi qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. “Marallar” 18 xalla 12 klub arasında 8-ci pilləddir.

Həmin kateqoriyadan