“Marallar”dan növbəti yenilgi, milli futbolçumuz oynamadı

Ukrayna premyer-liqasının 9-cu turunda millinin müdafiəçisi Pavel Paşayevin oynadığı “Aleksandriya” səfərdə “Mariupol”la qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, çempionata uğurlu başlayan, amma son turlarda zəif çıxış edən “marallar” bu görüşdə də uduzublar – 0:1.

Həmvətənimiz matçın iştirakçısı olmayıb. Çünki millətlər liqası çərçivəsində keçirilmiş Malta – Azərbaycan oyununda ağır zədələnib. “Aleksandriya” 16 xalla 2-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan