“Marca”: Avropa çempionatında İspaniyanı həm də Azərbaycan futzalçıları təmsil edəcək

Dünyanın nüfuzlu idman nəşrlərindən olan “Marca” Azərbaycanın futzalçılarının Avropa çempionatının final mərhələsinə yüksəlməsi haqqında məlumat yayıb.

Allsport.az saytı xəbər verir ki, Slovakiya komandasını yarışdan kənarlaşdıran Azərbaycan millisinin uğuru haqqında yazan həmkarlarımız, baş məşqçinin ispan mütəxəssis Tino Peres olmasını qeyd ediblər.

Məqalədə deyilir ki, budəfəki futzal üzrə Avropa çempionatında İspaniyanı həm də Azərbaycan kollektivi təmsil edəcək.

Həmin kateqoriyadan