Marina Tankaskayalı Ankara Yeniməhəllə Bələdiyyəsi» rəqibini böyük fərqlə üstələyib

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankaskayanın Türkiyə Superliqasında forma geyindiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» 15-ci turda səfərdə “Gənc Uşaq”a qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, üstün oynayan paytaxtlılar rəqibini böyük fərqlə yenib (37:18). «Ankara YB» 14 qələbə ilə çempionatda ilk pillədə yerini qoruyur.

Həmin kateqoriyadan