- Baxış sayı: 42
- 17 Mart 2024 21:45
- Baxış sayı: 78
- Mart 17, 2024
- 0
Qadınlardan ibarət millimizin mərkəz həndbolçusu Marina Tankaskayanın Türkiyə superliqasında çıxış etdiyi “Muradpaşa” klubu 21-ci turda evdə “Əskişəhər Kolleci” ilə üz-üzə gəlib.
Allsport.az saytı xəbər verir ki, “paşanın mələkləri” bu görüşdə rəqibini böyük fərqlə üstələyib – 41:29. Antalya təmsilçisi çempionatın bitməsinə 3 tur qalmış 37 xalla yarış cədvəlində öncüllüyünü qoruyur.