Marina Tankatskayanın komandasının avrokuboklarda növbəti qələbəsi

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» Avropa kuboklar kubokunun pley-off mərhələsində «BNTU-BELaz Minsk» klubunu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, üstün oyun nümayiş etdirən paytaxtlılar rəqibini 26:20 hesabı ilə məğlub edib. Bu matçda həmyerlimiz 4 dəfə fərqlənib. Cavab matçı noyabrın 21-də rəqib meydanında baş tutacaq.

Həmin kateqoriyadan