Mariya reytinqdə 2-ci, Nataliya 3-cüdür

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən yeni reytinqi açıqlayıb. Allsport.az saytının məlumatına görə, qadınların sıralamasında 8 idmançımızın adı var. Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında parlaq qələbələr qazanmaqla qızıl medala sahib olan Mariya Stadnik reytinqdəki mövqeyini yenidən möhkəmlədib. Güləşçimiz siyahıda 2-ci yerdədir. Avropa Oyunlarının bürünc medalçısı Nataliya Sinişin 55 kq çəkidə üçüncü pilləyə yüksəlib.

Bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb. U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik isə, bir pillə irəliləyərək 4-cü yerə yüksəlib. Güləşçilərimizdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeyd edilib və o, 9-cu pillədə qərarlaşıb (İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib):

48 kq – 2. Mariya Stadnik – Avropa Oyunları 1-ci yer (2)
53 kq – 9. Anjela Doroqan – Avropa Oyunları 1-ci yer (nr)
55 kq – 3. Nataliya Sinişin – Avropa Oyunları 3-cü yer ((13@60), 4. Alyona Kolesnik – U-23 AÇ 1-ci yer (5)
58 kq – 11. İrina Netreba – Avropa Oyunları 5-ci yer (nr)
60 kq – 9. Yuliya Ratkeviç – DÇ 2-ci yer (5)
69 kq – 18. Nadya Muşka – Dan Kolov turniri 2-ci yer (15)
75 kq – 20. Səbirə Əliyeva – Gənclərin Avropa çempionatı 1-ci yer (nr)

Nataliya

Həmin kateqoriyadan