YENİLƏNDİ
Mariya Stadnik 2-qat Avropa oyunlarının qalibidir! Elmira 2-ci, Alyona 3-cü oldu

Bu gün Avropa oyunlarında qadın güləşçimiz çıxışlarını başa vururlar. Allsport.az saytı xəbər verir ki, komandamızın öncülü Mariya Stadnik (50 kq) qızıl medal uğrunda görüşdə uyraynalı Oksana Livaçla görüşdü və ona 7:1 qalib gəldi.

Alyona Kolesnik (57 kq) 3-cü yer üçün tutaşmada türkiyəli Bədihə Günlə üz-üzə gəldi və rəqibinəni 9:4 üstələdi.

Elmira Qəmbərova (62 kq) finalda ukraynalı Yuliya Tkaça 0:4 uduzdu.

Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda mübarizədə norveli İselin Solheymə yenildi.

Həmin kateqoriyadan