Mariya Stadnik – 30!

Bu gün Azərbaycan idmanının canlı əfsanəsi Mariya Stadnik yubileyini qeyd edir. Allsport.az saytı xəbər verir ki, yaxın keçmişdə Avropada rəqib tanımayan, dünyada isə yalnız yaponlara yenilkən 30 yaşlı güləşçi dünya çempionu (2009), 7-qat Avropa (2008, 2009, 2011, 2014, 2016, 2017, 2018), Avropa (2015) və İslam oyunlarının (2017) qalibidir.

Dünyanın ən güclülərinin yarışında daha 5 dəfə fəxri kürsüyə yüksələn Maşa, 3 dəfə olimpiya mükafatçısı (2008, 2012, 2016) olan 2 idmançımızdan biridir. Maraqlıdır ki, bu rəqabətdə həmin uğura eyni növdə çıxış etmiş komanda yoldaşı, Xetaq Qazyumov yetişib.

Onun zəngin medal kolleksiyasında yalnız “dördilliy”in qızıl medalı çatmır. Hədəf, istək və başlıca məqsəd Tokio-2020-nin qalibi olmaqla karyerasını zirvədə başa vurmasıdır.

Həmin kateqoriyadan