Marta Abbasova: “Azəryol”la görüşdə, əməli olaraq bir heyətlə oynadıq

Qadın həndbolçuların super liqasının 9-cu turu da maraqlı keçdi. Hesabat turunda qarşılaşan çempionatın 2 öncül komandası – “Azərsu” və “Azəryol” – yekunda sülhə razılaşdılar (32:32). Daim hesabda geri qalan debütant son saniyələrdə hesabda tarazlıq gətirdi. “Azəryol”un aparıcı həndbolçusu Marta Abbasova allsport.az saytına açıqlamasında matç barədə bunu deyib:

“Oyun çox ağır keçdi. “Azəryol” fiziki cəhərdət güclü klubdur. Biz həmişə onlarla qarşılaşmada çətinlik çəkirik. Üstəlik, komandada çoxlu itkilər var: 2 qızımız zədəlidir; biri şəxsi məsələ ilə bağlı Braziliyaya yollanmaq məcburiyyətində qaldı, digəri ali təhsili ilə əlaqədar yox idi. Əməli olaraq, bir heyətlə oynadıq.

Matçın ilk yarısını müdafiədə keçirdik, oyun tam getmirdi. 5 top fərqi ilə geridə idik. Sonra yavaş-yavaş fərqi aradan qaldırdıq. Üzücü məqam odur ki, düşən imkanlarımızın hamısını dəyərləndirə bilmədik. Rəqibin qapıçısı yaxşıdır, amma hazırkı hesab komandamızı tam qane edir”.

 

Həmin kateqoriyadan