Marta Abbasova: “Bizdə həqiqətən yaxşı və mehriban komanda alındı”

Qadın həndbolçuların superliqasında qalib adını “Azərsu” qazandı. Komanda bu uğura debüt ilində, güclənmiş çempionatda yetişdi. Keçən mövsün uzun müddət çıxış etdiyi “Azəryol”u bu kluba dəyişən Marta Abbasova ən çox sevinənlərdəndir. Taleyin qisməti elə gətirdi ki, yeni camiyədə də qızıl medala qovuşdu. Allsport.az saytına açıqlamasında o, çox məmnun qalıb:

“Öz adımdan bir neçə kəlmə demək istəyirəm: çox xoşbəxtəm ki, çempion olduq. Bizdə həqiqətən yaxşı və mehriban komanda alındı. Bu ovqatda çalışmaq xoş idi. Qızlara, sözsüz, baş məşqçimizə asan olmayan bu işdə və gərgin əməkdə vəhdət yaratdıqları üçün çox sağ ol demək istəyirəm”.

 

Həmin kateqoriyadan