- Baxış sayı: 27
- 24 Aprel 2024 21:48
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Qadın həndbolçuların superliqasının 13-cü turunda lider “Azərsu” yaxın izləyicisi “Azəryol”u 25:21 üstələdi. Maraqlıdır ki, ölkə çempionu buna əvəzetmə etmədən nail oldu.
Yalnız matçın bitməsinə 1,5 dəqiqə qalmış belaruslu baş məqşçi Alyona Barbakadzeni mübarizəyə qoşdu ki, onda da məsələ artıq həll olunmuşdu. Qələbədə payı olan Marta Abbasova allsport.az saytına açıqlamasında durumu belə şərh edib:
“Bu oyuna köklənmişdik. Bilirdik ki, çətin olacaq. Amma şərəflə oynamağı bacardıq. Ən əsası, hücumda tələsməməyə çalışdıq ki, gücümüzü qoruyaq. Hər şeyin yaxşı alınmasına sevinirəm”.