Masallı cüdoçuları fərqləndilər

Lənkəranda yeniyetmə cüdoçuların bölgə birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ACF-in dəstəyi ilə keçirilən yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.

İlk yarış günündə U-15, 2-ci gün isə U-18 yaş qrupu üzrə çıxışlar olub. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.

Qaliblərə ACF-in diplomları və medalları təqdim olunub.

Həmin kateqoriyadan