“Matyö van der Poel Avropa Oyunları yolunda”

Belçikanın “www.sport.be” saytında “Matyö van der Poel Avropa Oyunları yolunda” sərlövhəli məqalə yerləşdirilib. Allsport.az xəbər verir ki, məqalədə velosiped üzrə dünya çempionu Matyö van der Poelin Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Niderland yığmasına çağırıldığı bildirilir.

Qeyd olunur ki, dünya çempionu Niki Terpstra, Pim Liqthart, Vouter Vippert, Nik van der Lijke və Stef Klement ilə birlikdə Niderland yığmasının idman şərəfini qoruyacaq. Məqalədə, həmçinin vurğulanır ki, Niderland Milli Olimpiya Komitəsi bu Oyunlara ciddi yanaşır və yarışlarda ən güclü idmançılarla təmsil olunmaq niyyətindədir.

Yazıda Niderlandın 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etməyi nəzərdən keçirdiyi də qeyd olunur.

Həmin kateqoriyadan