Maykl Essyen “Səbail” ilə 1,5 illik sözləşib

“Səbail” qanalı futbolçu Maykl Essyen ilə 1,5 illik müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, o, U-19 komandasının məşqçilər heyətində də yer alacaq.

Millidə 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malik idi. Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Maykl ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda və 19 qol vurub. O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Həmin kateqoriyadan