“Mersedes” Mühəndislər kubokuna sahib çıxıb

Formula1 üzrə dünya çempionatında “Mersedes” 575 xalla Mühəndislər kubokunda 1-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, buna səbəb komandanın lideri Lüis Həmiltonun ABŞ mükafat yarışını qazanmasıdır.

Qarşıda hələ 3 – Meksika, Braziliqa və BƏƏ qran-priləri var. “Ferrari” 428 xalla 2-ci, “Red Bull Racinq” 315 xalla 3-cü mövqedə qərarlaşıb.

Həmin kateqoriyadan