Meza Kolli: “Yeni baş məşqçi bizdə özünə inamı qaytarıb”

“Neftçi”nin futbolçusu Derlis Meza Kolli “İnter” üzərində qələbə haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, ilk qolun müəllifi sevincini “Neftçi” TV ilə bölüşüb:

“İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq. Üstəlik, yeni baş məşqçi bizdə özünə inamı qaytarıb.

Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərin də böyük payı var. Komanda bir ailə olanda qələbə də olur”.

 

Həmin kateqoriyadan