Mik Şumaxer xəlvəti atasının formula1 bolidini sürüb

7-qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik cari mövsüm formula3-də çıxış edir. Allsport.az saytı xəbər verir ki, lakin gənc sürücü bu günlərdə Spada formula1 maşınını idarə edib: özü də, atasına 1994-cü ildə titul qazandıran Benetton B194-ü.

F-1.az xəbər verir ki, o, 2 həftə sonra Belçika qran-prisi ərəfəsində Spada nümayiş yürüşündə iştirak etməlidir. Yürüş Mixaelin formula1-də ilk qələbəsinin 25-ci ildönümü münasibəti ilə təşkil olunacaq. Buna hazırlıq məqsədi ilə Mik atasının 6 dəfə qalib gəldiyi trasda formula1 bolidini idarə edib.

1994-cü ildə bazası Enstounda yerləşən komanda tərəfindən hazırlanan maşın Mixaelin muzeyində saxlanılır və əlbəttə, Mik üçün istisna edilib. Mik formula1 maşını ilə məşqlərini gizli edib, lakin Belçika mətbuatı bu barədə məlumat əldə edə bilib və DHnet.be məlumatı yayıb.

Həmin kateqoriyadan