Mikayıl Nərimanoğlu danışdı: Sabah Robert Prosineçki Bakıya gələcək və AFFA-ya hesabat verəcək

Sabah millimizin baş məşqçisi Robert Prosineçki paytaxtda olacaq. Allsport.az saytı xəbər verir ki, bu barəda qol.az-a AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyib.

Xorvatiyalı mütəxəssisin “Trabzonspor”la anlaşması və bu gün millimizdən ayrılacağı ilə bağlı Türkiyə mətbuatında çıxan xəbərlərə münasibət bildirən federasiya rəsmisi Prosineçkinin dekabra kimi müqaviləsinin olduğunu xatırladıb:

“Türkiyəli qardaşlarımızın yazdıqlarına hörmətlə yanaşırıq. Ancaq Prosineçkinin bizimlə dekabr ayına kimi müqaviləsi var. Baş məşqçi sabah Bakıya gələcək və AFFA-ya hesabat verəcək. Yenə deyirəm, onun dekabra qədər federasiya ilə müqaviləsi var”.

Qeyd edək ki, türkiyəli mütəxəssis Alp Çağlar “Haber61″ə açıqlamasında Prosineçkinin bu gün Azərbaycan millisi ilə vidalaşacağını deyib. Lakin Türkiyə mətbuatındakı digər məlumatlara görə, qara dənizlilər artıq Rza Çalımbayla anlaşıb və o, bu gün klubla rəsmi müqavilə imza atacaq. Belə olan halda, onun adının “Trabzonspor”la birgə hallanması qəribə görünür.

Həmin kateqoriyadan