Mikayıl Nərimanoğlu mənimsədiyi vəsaiti geri qaytarmağa məcbur edilir

“Kəpəz”də yoxlamalar yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, audit qrupunun nümayəndələri ötən cümə Gəncədən Bakıya qayıdıb. İndi AFFA-nın rəsmi açıqlama verməsi, şəffaf işlədiklərini göstərməsi zamanı çatıb.
Futbolinfo.az-a görə, məhz bu yoxlamalar üzündən “Kəpəz”də 2 ay idi maaşlar verilmirdi. Maliyyə yoxlanışına üzündən bütün ödəmələr dayandırılmışdı. Noyabrın 24-də həsrətə son qoyulub və bütün əməkdaşlar maaşlarını alıb.
Məhz maliyyə pozuntularına görə müşahidə şurasının üzvlüyündən geri çağırılan, sonra AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisliyindən qovulan Mikayıl Nərimanoğlu yaddan çıxmır. Haqqında hüquqi müstəvidə ölçü götürülməyən “Kəpəz”in sabiq idarəçisi, indi ortada itən pulları qaytarmaqla məşğuldur. Elxan Məmmədovun xəbərçisi yeyilmiş vəsaiti geri qaytarmağa məcbur edilir. O, artıq çatışmayan maliyyənin böyük hissəsini büdcəyə qaytarıb.
Klubun sabiq icraşı direktoru Cabir İbrahimov da eyni qaydada cəzalandırılır. O da Nərimanoğlu kimi, “aradan çıxarılan” pulları geri qaytarmaqla məşğuldu.

Həmin kateqoriyadan