Mikayıl Nərimanoğlunun növbəti maliyyə fırıldağına Vaqif Sadıqov aydınlıq gətirib

AFFA baş katibinin keçmiş xəbərçisi Mikayıl Nərimanoğlunun “Kəpəz”də maliyyə yeyintisi ilə bağlı son məlumatlardan biri də qurumun məşqçilər komitəsinin sədri Vaqif Sadıqovla bağlı olub. Allsport.az saytı xəbər verir ki, jurnalist araşdırmasından sonra yeni fırıldaqlar üzə çıxıb. Sport7-in əldə etdiyimiz məlumata görə, “Kəpəz”in məşqçiləri Fizuli Allahverdiylə Xaliq Mərdənovun Bakıda yaşaması üçün klub tərəfindən ev kirayələnib. Həmin ev Dərnəgül yolunun yaxınlığında (keçmiş “Karl Marks” heykəlinin civarı) ərazisində  yerləşir. Evin sahibi isə kənar adam deyil, məşqçilər komitəsinin sədri Vaqif Sadıqova məxsus olub.

Həmin ərazidə evlərin real kirayə qiymətləri 300-400 manat aralığında dəyişir. Amma iddia olunur ki, ödəniş üçün Vaqif Sadıqovun adına açılmış karta hər ay 1500-2000 manat pul köçürülüb. Pulun qalıq hissəsinin sonrakı aqibəti isə məlum deyil. Məsələ ilə bağlı Vaqif müəllimin də fikirləri öyrənilib. Mütəxəssis Sport7.az-a açıqlamasında bunu söyləyib:

“Bəli, onlara ayda 300 manata kirayə ev vermişəm. Amma karta yükləmirdilər. Nağd gətirib verirdilər. O da mənim yaxşılığımdan irəli gəlirdi. Əslində, 500-600 manatlıq evi onlara Şahin Diniyevin xahişi ilə 300 manata kirayə verirdim.O vaxtı mənə dedilər ki, büdcə azaldığı üçün, 600 manat vermək imkanları yoxdur. Mən də problem görmədim, yaxşılıq edib qalmalarına razı oldum.

Bunu da Şahin müəllim xahiş etmişdi. 300 manata bir evdə 4 nəfər qalırdılar, sanki “obşiteldi”. Bu da ondan irəli gəli ki, Vaqif Sadıqov həmişə hamıya yaxşılıq etmək istəyib. O evin kirayə haqqı 500 manatdır. Hansı ki, eşitdiyimə görə Xaliq, Cavid, digər köməkçilər, hətta sürücü də gəlib yaşayırdı. Mən kirayəyə ev vermişəm. Yataqxana deyil ki, çoxlu yataq olsun, hamısı gəlib yatsın. Avrotəmirli evdir, camaat normal yaşamalıdır.

Halbuki yanından keçəndə qonşular deyirdi, avtobus burda olur, sürücü, nə bilim inzibatçı da gəlib qalır. Arada Şahin müəllim olduğu üçün razılıq vermişdim. Mənim üçün ən vacibi odur ki, vaxtında 300 manatı verirdilər. Yəni, köçürmə söhbəti yoxdur, nağd pul verirdilər. Evin durumunda hazırda, problem yoxdur və başqa, ailəli insanlar qalır”.

Xatırladaq ki, bütün qalmaqalın başında AFFA-nın sabiq mətbuat sözçüsü Mikayıl Nərimanoğlu dayanır. Dünən “Kəpəz”in mühasibi KİV-ə açıqlamasında çox məsələni açmışdı. Sitat: ”

Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.

Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında “mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi” cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada “Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər “yuxarı” ilə razılaşdırılır” dedi”.

Həmin kateqoriyadan