Mikayılzadə ilə Qəhrəmanlı 8-ci oldu

Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü – Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci “Beynəlxalq Velosiped Günü” turnirində mübarizə aparıblar. Allsport.az xəbər verir ki, 10 ölkədən 125 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər.

Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb – 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib. İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub.

Həmin kateqoriyadan