Milad Hərçəqanidən ilk

Milli komandamızın taekvondoçusu Milad Beigi Hərçəqani (80 kq) tarix yazıb. Allsport.az saytı xəbər verir ki, İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 2-ci dəfə baş mükafata sahib çıxan legionçumuz bu idman növündə ilk edib.

Buna qədər idmançılarımız yalnız 1 dəfə fəxri kürsünən ən yüksək pilləsinə çıxıblar. Hazırda ATF-in vitse-prezidenti olan, 2001-ci ildə taekvondonun vətəni Koreyada təşkil edilən eyni yarışda 67 kq-da qızıl medal qazanan Niyaməddin Paşayev həm özünün, həm komandasının, həm də MDB məkanında ilk böyük uğuruna yetişir.

2015-ci ildə Rusiyanın Çelyabinsk şəhərində Radik İsayev (+87 kq) eyni zəfərə sahiblənib.

Həmin kateqoriyadan