Milan Obradoviç: Bizə çox az şey çatmadı

U-21 millimiz Avropa çempionatının seçməsində İsveçrə futbolçularına 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı ba. məşqçimiz Milan Obradoviç bunu deyib:

“Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdir. Bu gün bizə çox az şey çatmadı. Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım.

Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan