Millətlər liqasının təqvimi

Millətlər liqasının 2020/21 mövsümünün təqvimi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2-ci dəfə keçiriləcək yarış yenə 4 divizionda baş tutacaq. “A”, “B” və “C” liqalarında 16 komanda mübarizə aparacaq. Onlar gələn il martın 3-də təşkil olunacaq püşkatmada hərəsində 4 yığma olmaqla 4 qrupa bölünəcək. “D” liqasında 7 komanda çıxış edəcək. Avropanın ən zəifləri birində 4, digərində 3 yığma olan iki qrupa bölünəcək.

“A” liqası: Portuqaliya (son qalib), Niderland, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Hersoqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

“B” liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

“C” liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan

“D” liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Reqlamentə əsasən, “A” liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları “B” liqasına gedəcək. Burada 1-ci yer sahibləri “A” liqasına yüksələcəksə, sonuncu 4 komanda aşağı yuvarlanacaq. Azərbaycan millisinin də çıxış edəcəyi “C” liqasında qrup birinciləri “B” liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda “D” liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu orada qrup qalibi olanlar əvəzləyəcək.

Millətlər liqası
2020-ci il

Qrup mərhələsinin püşkatması
3 mart, Amsterdam (Niderland)

I tur
3-5 sentyabr

II tur
6-8 sentyabr

III tur
8-10 oktyabr

IV tur
11-13 oktyabr

V tur
12-14 noyabr

VI tur
15-17 noyabr

2021-ci il
Final mərhələsi
2-6 iyun

Həmin kateqoriyadan