Milli antidopinq agentliyi Danimarka təcrübəsini öyrənir

Milli antidopinq agentliyi həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsini öyrənir. Allsport.az saytı xəbər verir ki, nümayəndə heyəti Kopenhagendə keçirilən “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib və Danimarka antidopinq təşkilatı ilə görüşlər keçirib.

Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı son araşdırmaların nəticələrini müzakirə ediblər. Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal “qara bazarı”, onların qeyri-leqal yayılması yolları, onlara qarşı mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.

Həmin kateqoriyadan